Xocavənd rayon Mərkəziləşdirilmiş Kitabxana sistemi.

Xocavənd rayon
Tədbirlər
8 Noyabr , 2016

    08.11.2016-cı il tarixdə Xocavənd  rayonunda “Bayrağım-varlığım, bəxtiyarlığım başlığı altında tədbir keçirildi.

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və  Xocavənd Rayon İcra Hakimiyyətinin   təşkilatçılığı ilə  Xocavənd qəsəbəsindəki Dövlət Bayrağı Meydanında "Bayrağım-varlığım, bəxtiyarlığım"  başlıqlı tədbir  təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Xanhüseyn Kazımlı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı və Yaradıcılıq Mərkəzinin üzvləri , rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, o cümlədən Xocvənd rayon MKS-nin kollektivi, və s. iştirak etmişdir. Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edildi, sonra Azərbaycanın Dövlət himni oxundu. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək  hərbi vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də hər bir vətəndaşın Dövlət bayrağına sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Dövlət Bayrağı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının, müstəqilliyinin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat veridi. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlar səsləndirildi.