Xocavənd rayon Mərkəziləşdirilmiş Kitabxana sistemi.

Xocavənd rayon
Tədbirlər
28 May , 2017

 

   Xocavənd rayon MKS-də 28 may Respublika günü ilə bağlı tədbir

       keçirildi.                                   

 

  26 may 2017-ci il tarixdə Xocavənd  rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Respublika gününə həsr olunmuş “28 may Rüspublika  günü” başlıqlı Kitab sərgisi təşkil etmişdir. Xocavənd rayon MKS-nin qarşısında  təşkil olunmuş kitab sərgisi iştirakçıların böyük marağına səbəb olmuşdur.      

   Tədbirdə mübarizələrlə dolu müstəqillik yolundan ətraflı söhbət açılmışdır. Qeyd edilmişdir ki, ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan yenidən təhlükələrlə üzləşmiş, dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatları, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və s. problemlər müstəqillik yolunda ciddi əngəllər yaratmışdır. Belə bir çətin anda ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpa olunması ilə yanaşı, səriştəsiz idarəçilik sisteminə də son qoyulmuş, ölkə həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin həyata keçirilməsinə başlanılmışdır.    

     Məktəblilərin söylədiyi  vətənə, təbiətə, qəhrəmanlığa aid şeirlər  və Xocavənd rayon Musiqi Məktəbi, Rayon Mədəniyyət evinin təşkil etdiyi  musiqi proqramı bu tədbirə daha da rəngarənglik qatmışdır.